Black Sabbath | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
hevi-metal hard-rok |
Fəaliyyət illəri |
1968—2006 2011—2017 |
Ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Şəhər | Aston, Birminhem |
Dil | ingiliscə |
Leybl |
Vertigo Records Warner Bros. Records I.R.S. Records |
Heyət |
Toni Ayommi Ozzi Osborn Terri Batler |
Keçmiş üzvlər | Bax: Keçmiş üzvləri |
Digər layihələr | Dio, GZR, Heaven and Hell, Rainbow, Deep Purple |
blacksabbath.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Black Sabbath — 1968-ci ildə Birminhem, İngiltərədə qurulmuş ilk heavy metal qrupudur. Qrupun öz adını daşıyan "Black Sabbath" albomunu ilk heavy metal albomu hesab etmək olar. Bu albom doom metal musiqisinin sonrakı inkişafı üçün bönövrə qoymuşdur. Qrup bir çox üzv dəyişməsi yaşamış olmasına baxmayaraq, illər boyunca qrupun tək dəyişməyən üzvü Tony Iommi olmuşdur. Ümumilikdə 22 musiqiçi ən az bir dəfə olmaqla Black Sabbath-da fəaliyyət göstərmişdir. Qrupun 9 albomu Böyük Britaniya albom siyahılarında ilk onluğa daxil olmuşdur. Artıq 2000-ci ildə Black Sabbath albomlarının ümumi tirajı 100 milyona yaxınlaşdı. 1995-ci ilə qədər qrup yeni albom buraxmırdı və 1970-ci illərin "klassik" tərkibi ilə yalnız konsertlərdə bir araya gəlirdi. Qrup üzvlərinin əksəriyyəti solo fəaliyyətiylə məşğul olurdular. Beləliklə, 2011-ci il 11 noyabr tarixində əfsanəvi Los-Anceles klubu olan "Whisky a Go Go"-da keçirilən mətbuat konfransında Ozzi Ozborn, Toni Ayomi, Qizer Batler və Bil Uord yeni albomu öz sevənləri ilə paylaşır. Hansı ki bu albomun dəstəyi ilə 2012-ci ildə iri həcmli turnirlər nəzərdə tutulur. SSRİ-nin siyasəti nəticəsində Black Sabbath da çoxlu digər qruplar kimi qadağan olunmuş qruplar siyahısına düşdü. Xüsusilə Black Sabbath-ın adına satanizm, qara magiya və s. yazıldı. Qrupun yaradıcılığının təsviri üçün xarakterik nümunə "Trezvost i Kultura" jurnalında adlarının çəkilməsidir.
Praktiki olaraq yaradılan obrazın dəyişdirilməsinə ilk cəhd 1937-ci ildə "Rovesnik" jurnalında nəşr edilmiş Sergey Kastalskinin "Ola biləcək, lakin olmamış məhkəmə prosesi" məqaləsi oldu.
"Melodiya" şirkəti 1989-cu ildə qrupun erkən işlərini "Black Sabbath" adı ilə yığma-plastinka (LP) şəklində buraxdı. Yığmaya "Black Sabbath" albomundan 3 kompozisiya ("Black Sabbath", "N.I.B.", "Behind The Wall Of Sleep"), həmçinin "Paranoid" albomundan 5 kompozisiya ("Planet Caravan", "Paranoid", "Electric Funeral", "Fairies Wear Boots" и "Iron Man") daxil olmuşdur.